Menu

Ukrayna Krımda Rusiyanın desant katerini vurub

06.05.2024, 12:08
Ukrayna Krımda Rusiyanın desant katerini vurub

Ukrayna Baş Kəşfiyyat İdarəsi “Magura V5” dronları vasitəsi ilə ilhaq edilmiş Krımda Rusiyanın “Serna” tipli desant katerini vurub.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xüsusi xidmətindən bildirilib.

Məlumata görə, hadisə Qara dənizdə Uzkaya buxtasında mayın 6-da gecə saatlarında baş verib.

Vurğulanıb ki, Rusiya İlan adasına hərbi texnika və desant daşımaq üçün bu katerdən istifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol