Sabiq deputat, keçmiş səfir Elmira Axundova Ramiz Mehdiyevə yazdığı danos-məktubundan danışıb.
"AzPolitika" xəbər verir ki, o, "pravda.az"-a açıqlamasında məktubda yazılanlar barədə bunları deyib: "Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb "qol" çəkiblər?"
Məktubu yayımlayan "musavat.com" isə qeyd edib ki, sözügedən danos-məktub 30 iyul 2018-ci ildə Prezident Adminstrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə bağlı iş şöbəsinə daxil olub. 15244 nömrəsi ilə qeydə alınmaqla Elmira Axundovanın "ağsaqqalım və dostum" deyə xitab etdiyi Ramiz Mehdiyevə təqdim olunub.
Ramiz Mehdiyev məktubu Daxili İşlər Nazirliyinə, nazirlikdən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ötürülüb.
Qeyd edək ki, o günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Elmira Axundovanın oğlu Həbib Axundovun adı qarışdığı 8 milyon manatlıq dələduzluq işi araşdırılırdı.
![]()

Şərhlər
Ohh! Kakoy dexşet! Ujas prosto,ujas!Kak voobşe yazirlar daa takuyu,daje söz tapmiram demek.Kto-to naverno yazib daa bunu,qolunu da çəkib.İdite k çertu voobşe,buna bax.Otkuda znayu mən yazdım,ya başqası yazdı.Məktubdu daa.Hamı yazır.Nu i çto yesli mən daa yazdım daa onu.To est skajem raz ki mən yazdım daa deyirsiz,kak eto,fuu,dilimin ucunda ee,aaa,sübut var?Dokazat elə ee,boş-boş ni qovori qluposti.İdi qulyay voobşe.Sən kimsən?Güzgüdə bax ee,güzgüyə özünə bax,sonra danış.Papa Karloya oxşayırsan ee.Utan ee.Çoknutıy tramvayşik.Nisçastnıy çuçelo.Davay davay.Yazmışam yaxşı eləmişəm.Çuşka,şəhərə gəlib adam olmusan.Trolleybus görməyən qıjı.Zatknis.Qolovu ni moroç.
........... Elmiradan hər şey gözləmək olar.Maraqlıdr,H.Əliyev bunu haradan tapıb ortaya çıxarıb?Təəsüf ki,belə jadrlar çoxdur.Məsələn BAhar muradova və sair.
Taladıqlarına göz yumularaq varlanmalarına şərait yaradılan məmur və məmurələrimizin uşaqları maddi nemətlər bolluğu içində böyüdüldüyü üçün adamlıqdan çıxıb kefçəkən robota,debil cihaza dönürlər böyüyəndə.Daha da pisi odur ki,bu danışan robotlar,bu kefçəkən apparatlar müxtəlif həkim kağızları düzəldilməklə əsgərlikdən də yayınırlar və 20 yaşlarını ötən kimi məsul vəzifələrə dürtüşdürülürlər,imzalarıyla bədbəxt yoxsulların talelərini həll edirlər.Hətta bank prezidenti etdirilirlər.Ona görə növbəti nəsilin cəmiyyəti korroziyaya,deqradasiyaya uğrayır;həm yoxsul daha da yoxsullaşıb dilənçi halına düşür,həm də mədəniyyət-ədəbiyyat-incəsənət tapdalanıb arxivə atılır.Baxın,bir varlı məmur ailəsindəki bir oğul uşaqlıqdan dərd-qəm və aclıq nədir bilmədiyi üçün,hər gün kef çəkdiyi üçün böyüyüncə neçə adamı işə salıb. Doğma ana da biabır olub,Fərman da,Elnur da.Cəmiyyət deyilən şey də ailələrdən ibarət deyilmi?Ailəsini rəzil duruma salan məmur övladlar cəmiyyəti hansı duruma salarlar əcəba?Salarlarmı,yoxsa artıq salıblarmı və ya salmaqdadırlarmı,o baxır anlayana.
Rusun Bakidaki agentleri.......
Oğrunu cinayət başında əşyayi-sübutlarla yaxalayırlar, özünü cırıb dağıdır ki, vallah bu mən deyiləm, oğurlanan maldan da xəbərim yoxdur..... Bu, bir az da keçsə deyəcək ki, Ramiz kimdir, mən belə adamı tanımıram. Adam yediyi qaba tüpürməz. Təəccüb etmirəm. ..Memuarları yazıb Ramiz Mehdiyevin xeyir-duası ilə bu kitabları rayon, şəhər icra hakimiyyətlərinə sırıdan mən idim? Nə tez Elmira Axundovanın yadından çıxdı? ... Belələri nə cür, hansı yolla Parlamentə ayaq açırlar? Bəlkə bundan da Ramiz Mehdiyevin xəbəri yoxdur. Bu gün buna oxşarları yenə də Parlamentdə təmsil olunurlar, sonra da şikayətlənirik ki, niyə qanunlarımız işləmir, niyə pis gündəyik? Parlamenti “ağ günə” çıxartdıqdan sonra Ukraynanı xoşbəxtmi edəcəkdi? Orada da özünü, daha doğrusu ölkəni biyabır etdi. Bu “xanımın” məclislərdə özünü necə aparmasını görəsiniz. Alkaş qələt edir onun yanında. Spirtli içkini heç bir kişi onun qədər qəbul edə bilməz. Bunu bir çox deputatlar və onun araq dostları təsdiq edə bilərlər. Bir sözlə Azərbaycan dünya xəritəsində öz unikallığı ilə seçilir. Vallah bütün bunlar utanc verən hərəkətlərdir. Bərəkallah ...
Menzerediyee menzere
Əgər məktubu başqaları yazıbsa onda ver mətbuat orqanlarını məhkəməyə,hamı bilsin ki sən yazmamısan.Sənin əvəzində hər bir adam biabır olmamaq üçün belə edər.Amma məhkəmədə sübut olunsa ki sən yazmısan,onda necə?Əgər əl yazısıdırsa bu ekspert-kriminalistlərin əlində su içmək kimi bir şeydir.Əl yazısı deyilsə də,məktubun qeydiyyat tarixi və nömrəsi var; PA-ya deputat imzasıyla məktuib gəlsin,oradan isə sənin yazıb yazmadığını soruşmasınlar?Təbii ki soruşublar və təsdiq etmisən deyə oğlunun işləriylə əlaqəli olan məhkəməyə göndəriblər.Bu kadar net yani.
Utanmasan,həya-abırın nə olduğunu blməsən yalan deməyə nə var ku?.....Bu da sübutlardan biri! Elmira ağ yalanı necə danışır.
Belə iqtidarın kadrları necə olmalıdırlar ki?Hamısı bir bezin qırağıdır.
hele çox göreceyik dünya malından ötrü adını,şerefini,leyaqetin hetta son meqamda Vetenini satanları.Allah her kese öz emeline göre ceza ve mükafat verer.
Elmira və onun kimiləri heç zaman nə vətən, nə dövlət qətiyyən düşündürməyib. Bu qadını tanıyanlar yaxşı bilir ki, onun xisləti nədir. Onlar hakimiyyətlə alver ediblər. Mən sənə bunu, sən mənə bunu.... İndi küncə dirənib deyə qayıdıb üz cırmaqlamaqla hədələyir. Görürsünüzmü bunun həqiqi simasını..Ay sən öləsən.