Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
“AzPolitika" xəbər verir ki, sabiq Baş nazir "sherg.az"-a açıqlamasında öz istəyi ilə tutduğu vəzifədən azad edildiyini bildirib: “Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad etsinlər. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu qərarı vermişəm. Təqaüddə olmalı adamam. Üç-dörd il orada işlədim. İndi istəyirəm istirahət edim. Qurtardı getdi, burda başqa məsələ yoxdur. Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla ərizə yazmışam. Fikirləşdim ki, artıq bəsdir”.
Sabiq baş nazir vurğulayıb ki, vəzifəsindən üç-dörd həftə əvvəl uzaqlaşıb: “Bu, çoxdan olub, niyə indi xəbər yayılır. Zənglərdən yorulmuşam, o qədər zəng olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbiləşdirirlər. Yaşım da artıq çoxdur. Dincəlmək lazımdır. Adam 90-100 yaşınadək işləməli deyil. Söhbət bundan gedir”
***
Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov vəzifəsindən azad edilib.
“AzPolitika" xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsi məlumat yayıb.
Qeyd edək ki, o, 2019-cu ildən ADU-nun prorektoru idi.
Xatırladaq ki, 77 yaşlı Novruz Məmmədov uzun illər Prezident Administrasiyasında şöbə müdiri çalışıb. 2018-2019-cu illərdə isə Baş nazir vəzifəsini icra edib

Şərhlər
Əşi deyiblər ərizəni yaz çlx işdən,sən də ərizəni yazıb çıxmısan daa.Nə qocalmaq,nə yorulmaq?Bu məmləkətdə qocalan,yorulan ancaq gənclərdi.Qoca məmurlar isə maşallah,məşdibadvari at kimidi.Sən öl,bu saat desələr ki,flan rayona başçı gedəcəksən,sevindiyindən qolunu-qıçını çimdikləyərsən ki görəsən yuxu deyil ki.Yalan deyirəmsə köpəyoğluyam.Day bizə də yox dəə.Qoy oturmuşuq daa.Buna bax,yorulub guya,özü öz xahişiylə çıxıb gedib istirahətə.Sən dedin,camaat da inandı,eləmi?Toje mne.
Hirslənmə , niyə hirslənir sən? Bəs onda anası ölmüş, atası da yanına üzanmış bu xalq neyləsin ki, hər o mübarək olmamış ağzını açanda nəinki əsəbləşdirdi, bir çoxu infarkt olurdu.Döz bala, döz. Nə tez unutdun? Axı biz dözümlü xalqıq. Arada bir mineralın su millət və 3 dəfə də нечего de keçib gedəcək.
SENIN 50 ilI GÖRDŪYŪN IŞ -- BIR SŪPŪRGEÇI QADININ 1 CE GŪN ŞEHERIMIZE VERDIYI XEYIRDEN AZ OLUB.....
Bu niyə Baş Nazir oldu, niyə gəldi, niyə getdi bilə bilmədim. Ümumiyyətlə Novruz bir belə vəzifələrdə işlədi bir normal xatirə ilə yadda qala bildimi? Həzrət Abbas haqqı yox. Amma yox. Tapdım: Meşədəki meyvələri yığana haqq kəsməsi məsələsi.... Ay xatakar Novruz. Tariximizdə iz buraxdın haaaa