Menu

"Rusiya Ukraynaya bundan sonra da qardaş ölkə olacaq" - Putin

04.12.2014, 16:58
"Rusiya Ukraynaya bundan sonra da qardaş ölkə olacaq" - Putin

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini Ukraynada baş verən böhranla bağlı olaraq günahlandırıb.

Putinin açıqlamaları ilə dalğalanan rubl, iş dünyasına islahat sözü verməsinin ardınca dəyər qazanıb.

Rusiyanın Ukraynaya hər zaman qardaş ölkə olaraq hörmət edəcəyini qeyd edən Putin, qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların bütün ölkələr üçün ziyanlı olduğuna diqqət çəkib və Moskvanın Avropa və ABŞ ilə əməkdaşlığa son verməyəcəyini bildirib.

Putinin açıqlamalarının ardından ilk olaraq Dollar və Avro qarşısında ucuzlaşan rubl, daha sonra Putinin kapital bazarı və biznes dünyasına yönələn islahatları ehtiva edən sözlərinin ardınca istiqamətini dəyişdirərək yüngül yüksəlib.

Rusiya iqtisadiyyatının 3-4 il ərzində yenidən qlobal səviyyələrdən artıq böyüməyə başlamasının lazım olduğunu bildirən Putin, mərkəzi banka və hökumətə valyuta bazarındakı spekulyatorlara qarşı ciddi tədbirlər görməyi tapşırıb. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol