Menu

"Zaqatalada dönərdən zəhərlənənlərin vəziyyəti orta-ağırdır" - TƏBİB

07.05.2024, 22:03
"Zaqatalada dönərdən zəhərlənənlərin vəziyyəti orta-ağırdır" - TƏBİB

Bu gün saat 17:40-dan başlayaraq qidadan zəhərlənmə şübhəsilə 15 nəfər (10 qadın cinsli, 5 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 5-i uşaqdır.

"Xəstələrin vəziyyəti orta ağır, huşları aydındır. Hazırda xəstələrin müayinə və müalicəsi davam etdirilir", - deyə qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol