Menu

“Dünya iqtisadiyyatı üç bloka bölünüb” – Beynəlxalq Valyuta Fondu açıqladı

08.05.2024, 12:21
“Dünya iqtisadiyyatı üç bloka bölünüb” – Beynəlxalq Valyuta Fondu açıqladı

Dünyada baş verən geosiyasi proseslər dünya iqtisadiyyatına dağıdıcı təsirlər göstərir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) bununla bağlı hesabat paylaşıb.

BVF bildirib ki, qlobal iqtisadiyyat geosiyasi proseslərin təsiri altında üç bloka bölünüb.

Fondun hesabatında deyilir: “Biz üç bloka bölünmüş bir dünyaya baxırıq: biri ABŞ-yə, biri Çinə əsaslanan, üçüncüsü isə bir-biri ilə bağlılığı olmayan ölkələr bloku”.

BVF-nin hesablamalarına görə, dünya iqtisadiyyatının ayrı-ayrı qruplara bölünməsi tendensiyası mallar, xidmətlər və investisiyalar üzrə mövcud ticarət məhdudiyyətlərinin sayının artmasına səbəb olub ki, onların da ümumi sayı 2023-cü ildə 3 mini keçib.

Bundan əlavə, BVF-nin qeyd etdiyi kimi, 2017-ci ildən 2023-cü ilə qədər Pekin və Vaşinqton arasında artan siyasi ziddiyyətlər fonunda Çinin ABŞ-yə idxaldakı payı 8% azalıb.

Həmçinin, fondun bildirdiyinə görə, Ukrayna münaqişəsi fonunda Rusiya ilə Qərb arasında birbaşa ticarət “çöküb”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol