“Artıq 20 ildir ki, Bolqarıstan qlobal miqyasda ən güclü hərbi-siyası ittifaqın üzvüdür. Bu bizi daha da güclü və çiçəklənən dünyanın bir hissəsinə çevirib”.
“AzPolitika” xəbər verir ki, bunu Bolqarıstanın Şücaət Günü kimi tanınan Silahlı Qüvvələr Günü və Bolqarıstanın NATO-ya üzvlüyünün 20-ci ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı Səfirliyinin keçirdiyi rəsmi qəbulda Hərbi, Hava və Dəniz Attaşesi, polkovnik Alexander Pavlov deyib.
Ordu Gününün tarixinə toxunan hərbi attaşe bildirib ki, Şücaət Gününün qeyd edilməsi 1880-ci ildə Şahzadə Aleksandr Bettenberq tərəfindən ən qədim və ən nüfuzlu Bolqarıstanın “Cəsurluq Ordeni”nin təsis edilməsi ilə başlayıb. 1946-cı ildə Bolqarıstan Xalq Cümhuriyyəti elan edildikdən sonra bayramın qeyd edilməsi dayandırılıb. 1993-cü il Nazirlər Şurasının qərarı ilə 6 may tarixi rəsmən olaraq Bolqarıstanın Şücaət Günü və Ordu Günü kimi elan olunub. Bolqarlar 1878-ci ildə Boqlarıstanın Müstəqilliyini elan etdikdən sonra Balkan müharibələri, Birinci və İkinci Dünya Müharibələri zamanı Bolqarıstan Respublikasının döyüş bayrağının heç vaxt ələ keçirilməməsi faktı ilə fəxr edir: “Bu gün biz şanlı döyüş bayraqlarına ehtiram göstərir, Vətənimizin azadlığını və müstəqilliyini qorumaq üçün xidmət etmiş və canlarından keçmiş hər kəsi hörmətlə anırıq”. A.Pavlovun sözlərinə görə, hərb tarixində Bolqarıstan ordusu kəşfiyyat və eləcə də, bombardman üçün təyyarələrdən və hava şarlarından istifadə edən ilk ordu olub: “artilleriyamız ilk olaraq hücumlar zamanı piyadaları dəstəkləyərək “yayma barajı” taktikasını tətbiq edir”.
“Artıq 20 ildir ki, Bolqarıstan qlobal miqyasda ən güclü hərbi-siyası ittifaqın üzvüdür. Bu bizi daha da güclü və çiçəklənən dünyanın bir hissəsinə çevirib” deyən bolqar hərbçi ölkəsinin NATO-ya üzvlük tarixindən və ordakı missiyasından söz açıb.
Məsul müttəfiq kimi Bolqarıstan Alyansın çəkindirmə və müdafiə mövqeyini gücləndirmək üzrə öhdəliklərini ardıcıl olaraq yerinə yetirir. NATO-nun cavab və reaksiya qüvvələrində yüksək səviyyədə iştirak edir. Bolqarıstan Ordusu NATO Komandanlıq Strukturu və Qüvvələr Strukturu qərargahının şəxsi heyətinə milli töhfə verir. Milli hərbi hissələri inkişaf etdirir, saxlayır və döyüşə hazır elan edir: Biz ev sahibi ölkə olaraq, ərazimizdəki çoxmillətli birləşmələri dəstəkləmək üçün lazımi şərtləri təmin edirik: Çərçivə Ölkəsi İtaliya ilə Bolqarıstandakı Çoxmillətli Döyüş Qrupu və NATO Qüvvələr İnteqrasiya Bölməsi (NFIU)”.
Bolqarıstan NATO-nun Kosovadakı Missiyası (KFOR), NATO-nun İraq Missiyası (NMI), NATO-nun Aralıq Dənizidndə dəniz təhlükəsizliyi əməliyyatı (Dəniz Mühafizə Əməliyyatı), NATO Daimi Dəniz Qüvvələri və kim aktiv böhran cavab missiyalarına və əməliyyatlarına töhfə verməyə davam edir, NATO-nun sülh zamanı missiyası Alyansın hava məkanının təhlükəsizliyini qorumaq məqsədi daşıyır (NATO Hava Polisi).

Həmçinin, ölkə vaxtında təhsil məhsulları, tədqiqatlar və siyası tövsiyyələri təqdim etməklə NATO-nun böhranların idarə edilməsi və fəlakətlərə cavab vermək imkanlarının artırılması üçün əsas katalizator rolunu oynayan NATO Böhran İdarəetmə və Fəlakətlərə Cavab Mükəmməllik Mərkəzinə (CMDR COE ) ev sahibliyi edir.
Bolqarıstan təhlükəsizliyin gücləndirilməsi üçün NATO-nun tərəfdaşlıq siyasətinin həyata keçirilməsi fəal şəkildə dəstəkləyir. Öz imkanları daxilində tərəfdaş və namizəd ölkələrə dəstək və yardım göstərir. Bolqarıstanın NATO-ya üzvlüyü regional əməkdaşlığın genişləndirilməsi üçün platforma yaradır. Buna misal olaraq Rumıniya ilə Regional Xüsusi Əməliyyatlar Komponent Komandanlığının (R-SOCC) yaradılması təşəbbüsünü göstərmək olar ki, bu da Qara dəniz regionunun regional təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verəcək və Alyansın, onun Şərq cinahının müdafiə və çəkindirmə mövqeyini gücləndirəcək.
Bolqarıstan, Rumıniya və Türkiyə ilə birlikdə Qara dənizdə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək və Rusiyanın Ukraynaya təcavüzündən sonra Qara dənizdə yaranan dəniz minaları təhlükəsinə qarşı çıxmaq məqsədilə Qara Dəniz Minarala Qarşı Tədbirlər İş Qrupunun (MCM Black Sea) yaradılmasında iştirak edir. “NATO-ya üzvlüyümüz bizə Alyansın texnoloji üstünlüyünü qorumaq, təhlükəsizlik və müdafiə sahələrində ən müasir texnalogiyalara çıxış əldə etmək üçün kollektiv səylərinin bir hissəsi olmağa imkan verir. Dəyişən təhlükəsizlik mühitində Şimali Atlantika Müqaviləsi Təşkilatı sabitliyin əsas mənbəyi olaraq qalır”.
AzPolitika.info


Şərhlər