Menu

“Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı təşəbbüslərin uğur qazanma şansı azdır” - Ərdoğan

08.05.2024, 22:36
“Rusiyanın iştirakı olmadan Ukrayna ilə bağlı təşəbbüslərin uğur qazanma şansı azdır” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyanın iştirakı olmadan Ukraynada birtərəfli sülh təşəbbüslərinin uğur qazanma şansı azdır.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Ukrayna-Rusiya müharibəsində sülhün bərqərar olunmasında heç bir irəliləyiş yoxdur. Rusiyanın iştirakı olmadan birtərəfli sülh təşəbbüslərinin uğur şansı azdır”, - dövlət başçısı qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol