Menu

Bərdədə qadın bıçaqlanıb, qohumu saxlanılıb

10.05.2024, 14:52
Bərdədə qadın bıçaqlanıb, qohumu saxlanılıb

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bərdə rayon prokurorluğundan verilən məlumata görə, mayın 10-u saat 11 radələrində Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Zəminə Məmmədovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ətraflı Araşdırma zamanı 1991-ci il təvəllüdlü Səbuhi Vəliyevin şəhərin Ü.Hacıbəyov küçəsi ərazisində bıçaqla xəsarət yetirərək qohumu Zəminə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Səbuhi Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol