Menu

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

11.05.2024, 11:25
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Ermənistan parlamentinin keçmiş deputatı, “Alyans” partiyasının lideri Tiqran Urixanyan Ermənistan tərəfinin tələbi ilə Rusiyada saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Daha əvvəl T.Urixanyan İrəvan Ağsaqqallar Şurasına seçilib. Sonra onun səlahiyyətlərinə xitam verilib, çünki 2023-cü ilin sentyabrında ona qarşı ölkədə konstitusiya quruluşunun zorakılıqla devrilməsinə çağırış maddəsi ilə cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol