Menu

“Müzakirə aparmağa hazırıq...” – Gürcüstan hökuməti geri çəkilir?

11.05.2024, 13:20
“Müzakirə aparmağa hazırıq...” – Gürcüstan hökuməti geri çəkilir?

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hesab edir ki, Gürcüstan hakimiyyəti “xarici agentlər” haqqında qalmaqallı qanunla bağlı Qərb tərəfdaşları ilə “mövqeləri uzlaşdıra” bilər.

“AzPolitika” xəbər verir ki, Baş nazir bu qanunun mətnində müəyyən güzəştlərə getməyə hazır olduqlarına işarə edib.

Kobaxidze bildirib ki, son görüşlərdə Qərb tərəfdaşları ilə dialoqda “pozitiv dəyişikliklər” görür: "Məndə belə bir təəssürat yaranıb ki, indi qanun normalarını müzakirə etməyə hazırıq".

Onun sözlərinə görə, kompromis təkliflər Prezident Salome Zurabişvilinin qanunun yekun üçüncü oxunuşda qəbul edilməsindən sonra tətbiq edəcəyi veto ilə birgə verilə bilər: “Burada bizim tərəfdaşlarımız konkret şərhlər verməli və bunlar prezidentin vetosunda əks etdirilməli olacaq. Siz bilirsiniz ki, veto parlamentə gələndə o, konkret qanun layihəsi şəklində formalaşdırılmalıdır”.

Eyni zamanda, Kobaxidze açıq şəkildə bildirib ki, “Gürcü arzusu” qanunun adının dəyişdirilməsi və ya donor maliyyələşməsində əhəmiyyətli paya malik olan təşkilatlar üçün xüsusi statusun tətbiqindən imtina kimi fundamental dəyişikliklərə razı olmayacaq.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-05-11 13:47:12

Qətiyyətsizlik göstərmə a bala,azca yumşalsan ABŞ və Avropa səni minəcək haa,bax özün bil.Uje yəhərləyiblər Gürcüstanı.Liderdə qətiyyət olmalıdı çətin məqamlarda.Fransada,ABŞ-da atlı polislər nümayişçiləri at qabağında sürüb təmizlərmi?Amma dünya hələ də hesab edir ki demokratiyanın deşiyidi onlar.Hər mitinq bir ovuc adamla başlar,qorxan kütlə kənardan bir-iki gün baxar,görsə ki onlara dəyib toxunan yoxdu,ondan sonra yavaş-yavaş qoşular mitinqə,bir də baxarsan ki bir ovuc olan mitinq artıq milyona çevrilib.Onda da artıq gec olur.Ermənistanda görmədinmi?Baqratın başına əvvəl bir ovuc adam yığılmışdı,İrəvana çatana qədər kütlə gördü dəyib toxunan yoxdu,çevrildi oldu yüz minlərin mitinqi.Amma ilk gündən Paşik onları yerə yıxıb ağzına-ağzına vursaydı heç İrəvana bir-ikisi belə gəlib çıxmazdı,qorxardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol