Əfqanıstanın şimal-şərqindəki Bəğlan əyalətində daşqınlar nəticəsində azı 311 nəfər həlak olub.
“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) bildirib.
Xatırladaq ki, daha əvvəl təbii fəlakət sonucunda ölənlərin sayı 300-ü keçdiyi deyilsə də, dəqiq rəqəm açıqlanmamışdı.
Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü AFP-yə 2 000-dən çox evin dağıldığını söyləyib. Agentliyə görə, ölkənin şimal-şərqində axtarış-xilasetmə işləri davam edir.
Mayın 10-da Əfqanıstanda güclü yağışlar nəticəsində daşqınlar baş verib.


Şərhlər
Allah sizə kömək olsun. Yazıq xalq. Ömür boyu əziyyət çəkdiz. Amma heç vaxt təslim olmadız. Allah köməyiniz olsun. Sizə zülm edənə lənətlər olsun. Ürək daglayan şəkildir. Sizə ürəyi yanmayanın nə vicdanı, nə də indanlıgı olmaz.
Fond yaratmaq, bu insanlara kömək etmək lazımdır.