Menu

Bu il 46 uşaq övladlığa verilib, 58-i ailələrinə qaytarılıb

13.05.2024, 13:56
Bu il 46 uşaq övladlığa verilib, 58-i ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 46 uşaq övladlığa verilib.

Nazirlikdən verilən xəbərə görə, onlardan 24-ü oğlan, 22-si qızdır.

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

Agentlik tərəfindən reinteqrasiya tədbirləri də davam etdirilir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 33-ü oğlan, 25-i qız olmaqla 58 uşaq ailələrinə qaytarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol