Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman Əl Səudun (MBS) mayın 19-da Pakistana çoxdan gözlənilən iki günlük səfəri yenə qeyri-müəyyən səbəblərə görə təxirə salınıb.
“ARY News” mənbələrə istinadən xəbər verir ki, hər iki ölkənin rəsmiləri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Pakistana səfərinin tarixini müəyyənləşdirmək üçün məsləhətləşmələr aparır.
Xarici işlər nazirliyinin sözçüsü Mümtaz Zehra Bəluç cümə günü bildirib ki, gələcək səfərin təfərrüatları iki ölkə arasında cədvəl müəyyən edildikdən sonra açıqlanacaq və səfərin tezliklə baş tutacağına əmindir. O, əlavə edib ki, Pakistan xalqı qardaş ölkənin liderini səbirsizliklə gözləyir.
XİN sözçüsü səfərin yenidən işlənmiş cədvəlinin hələ hazırlandığını vurğulasa da, mənbələr vəliəhdin Həcc və Qurban bayramlarından qısa müddət sonra, iyunun üçüncü həftəsində Pakistana səfər edə biləcəyini bildirir.
Bu yaxınlarda Səudiyyə Ərəbistanının sərmayələr nazirinin müavini İbrahim al-Mubarakın başçılıq etdiyi yüksək səviyyəli ticarət nümayəndə heyəti müxtəlif sektorlarda investisiya imkanlarını araşdırmaq və yerli sahibkarlarla güclü əlaqələr qurmaq məqsədilə Pakistana səfər edib. Səudiyyə Ərəbistanının 50 nəfərlik nümayəndə heyətinə müxtəlif iqtisadi sektorları təmsil edən 35-ə yaxın şirkətin nümayəndələri daxil idi.
Rəsmi mənbələr bildirib ki, bu yaxınlarda Pakistana səfər etmiş səudiyyəli investorlar və iş adamları bəzi layihələrlə maraqlanırlar, lakin sazişin şərtləri hələ yekunlaşdırılmayıb.
Məhəmməd bin Salmanın çoxdan gözlənilən səfəri Səudiyyə vəliəhd şahzadəsinin son beş ildə Pakistana ilk səfəri olacaq. O, sonuncu dəfə 2019-cu ilin fevralında Pakistanda olub.
SƏMLA
AzPolitika.info


Şərhlər