2005-ci ildən bəri Rusiyaya ilk dəfə səfər edən Human Rights Watch (HRW) təşkilatının icraçı direktoru Kenneth Rot son 10 il ərzində ölkədə insan haqları ilə bağlı vəziyyətin kəskin pisləşdiyini qeyd edib.
"2000-ci ilin əvvəlindən çoxları rejim tənqidçilərinə qarşı təqiblərin artdığını hiss edirlər”, - Rot konfransda deyib.
"Ölkənin avtoritarizmə çevrilməsi prosesi 2012-ci ildə Vladimir Putinin ikincə dəfə Kremlə qayıtmasından sonra sürətlənib”.
İnsan hüqüqları müdafiə təşkilatının sonuncu hesabatında Rusiyada müstəqil hüquq müdafiəçilərinin daha çox təzyiqlərə məruz qaldığı bildirilir.
“Xarici agent”
Son iki il ərzində Rusiya hakimiyyəti ölkə kənarından maliyyə dəstəyi alan müstəqil hüquq müdafiəçilərini “xarici agent”lərə aid etməyə çalışıb, Nyu Yorkda mənzillənən təşkilatın hesabatında deyilir.
HRW Rusiyada 17 təşkilatın artıq “xarici agent” kimi qeydiyyatdan keçirildiyini bildirərək yazır ki, bu, həmin təşkilatların casuslara bərabərləşdirilməsi deməkdir.
Hesabata əsasən, hakimiyyət televiziya efirindən müstəqil və tənqidi baxışlara malik jurnalistləri kənarlaşdırıb, "müxalifətyönlü saytlara isə yeni qanunlar vasitəsilə təzyiqlər göstərilir".
Ölkənin avtoritarizmə getməməsi üçün mətbuatda müstəqil tənqidi səslər və cəmiyyətlə tamsəlahiyyətli hüquq müdafiə qruplarının mövcud olması həyati əhəmiyyətə malikdir, Rot bildirib.
Ayrıseçkilik
Mühafizəkar təbəqənin rəğbətini qazanmaq məqsədilə Rusiya hakimiyyəti ayrıseçkilik üsuluna əl atır, hesabat barədə danışan Rot deyib.
O, 2013-cü ildə ”azyaşlılar arasında qeyri-ənənəvi cinsi əlaqələrin təbliğatı”nı yasaqlayan qanunun təsdiq ediləsindən sonra LGBT üzvlərinə hücumların sayının artdığını bildirib.
HRW nümayəndəsi 2014-cü ildə Rusiyada baş verən müsbət hal kimi əlillərin müdafəsilə bağlı dövlət qurumları ilə əməkdaşlığın artdığını qeyd edib.


Şərhlər