İrəvanda bu gün keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 63 nəfərə çatıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
***
Bu gün İrəvanda keçirilən etiraz aksiyasının 38 iştirakçısı polisin qanuni tələbinə tabe olmadıqları üçün saxlanılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, səhər saatlarında Ermənistan paytaxtında müxalifət yenidən etiraz aksiyalarına başlayıb.
Nümayişçilər paytaxtın mərkəzi küçələrində yürüşə başlayıb, bu zaman “Respublika” meydanına gedən Aboyan küçəsində polis və etirazçılar arasında qarşıdurma yaranıb. Polis güc tətbiq edərək nümayiş iştirakçılarını saxlayıb.
Dünənki itaətsizlik aksiyaları zamanı polisin qanuni tələbini yerinə yetirmədiyi üçün 171 iştirakçı saxlanılıb. Amma axşam onların hamısı sərbəst buraxılıb.
Mayın 9-dan etibarən aksiya, mitinq və nümayişlər keçirən “Vətən Uğrunda Tavuş” hərəkatı Azərbaycanla sərhədlərin qismən demarkasiyasının dayandırılmasını və Baş nazirin istefasını tələb edir.
Hakimiyyət bu toplantıların qanunsuz çevriliş cəhdi olduğunu bəyan edir. Baş nazirin etimadsızlıq prosesinin təşəbbüsü də “siyasi məzmunun olmaması” kimi qiymətləndirilir.
“AzPolitika.info”


Şərhlər