Menu

İvanişvilinin Qərb banklarında 2 milyardı dondurulub - Böhranın pərdəarxası

14.05.2024, 10:45
İvanişvilinin Qərb banklarında 2 milyardı dondurulub - Böhranın pərdəarxası

"Bidzina İvanişvilinin Qərb banklarındakı 2 milyard dolları dondurulub".

"AzPolitika" xəbər verir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli yazıb.

"Oliqarxın "Credit Suisse" (İsveçrə) qrupu ilə problem yaşadığı məlum idi, amma onun Qərb bank sistemində dondurulmuş vəsaitlərinin ümumi həcmi ilk dəfədir rəsmi olaraq açıqlanır. Baş nazir Kobaxidze bunu İvanişvilinin ABŞ Dövlət Departamentinin nümayəndəsi O'Brayen ilə görüşdən imtina etməsinin səbəbini izah edərkən söyləyib. Kobaxidze İvanişvilinin pullarının "qlobal müharibə partiyası"nın əlində olduğunu bildirib", - Ş.Cəfərli qeyd edib.

Onun sözlərinə görə, İvanişvili "xarici agent" qanun layihəsini öz kapitalını və şəxsi hakimiyyətini xilas etmək üçün alver predmeti kimi gündəmə gətirib. "Görünən odur ki, Qərb tərəfi hələ ki onun şərtlərini qəbul etmir", - o qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Senan 2024-05-14 11:11:26

Növbə yavaş-yavaş bizim bu tip axlamonlara yaxınlaşır

dadaşyev 2024-05-14 10:58:22

Bax,ABŞ demokratiyası budur.Gürcüstanda hökümət tam demokratik seçkiylə hakimiyyətə gəlib,amma ABŞ-a yox Rusiyaya meylli olduğu üçün ABŞ-a görə Gürcüstanda demokratiya boğulur.Mütləq ABŞ-la,Fransayla birgə olmalısan ki sənə demokratik deyələr,yoxsa fəlakətlərlə üzləşəcəksən.Absurd düşüncədi.Bizdə də ABŞ-ı sevənlər var,amma düşünmürlər ki,Azərbaycana embarqo uyqulayan 907-ci düzəliş hələ qüvvədədir,o düzəliş düzəlməyibsə hansı sevgidən danışmaq olar?Gürcüstandan çoxmu sevəcəklər bizi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol