Menu

Ermənipərəst senator Menendesin məhkəməsi iyulun əvvəlinədək davam edəcək

14.05.2024, 11:24
Ermənipərəst senator Menendesin məhkəməsi iyulun əvvəlinədək davam edəcək

Korrupsiyada və Misir ilə Qətər üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham olunan Nyu-Cersidən olan ermənipərəst senator Robert Menendesin məhkəməsi iyulun əvvəlinə qədər davam edəcək.

“Report”un məlumatına görə, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Mayın 13-də Nyu-Yorkun Cənub Dairəsində məhkəmə andlı iclasçıların seçilməsi ilə başlayıb. Nəşr qeyd edib ki, lazımi sayda andlı iclasçıları seçmək hələlik mümkün olmayıb.

NYT bildirib ki, məhkəmənin iyulun 4-dək davam edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol