Menu

"Xarici siyasətçilər ökəmizdə birbaşa siyasi səhnəyə çıxırlar" - Gürcüstanın Baş naziri

14.05.2024, 22:22
"Xarici siyasətçilər ökəmizdə birbaşa siyasi səhnəyə çıxırlar" - Gürcüstanın Baş naziri

“Parlament binasının qarşısındakı səhnədə biz xarici təsirin şəffaflığını görürük. Etiraz aksiyasında Qərb deputatları çıxış edir".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə deyib.

“Xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar. Təbii ki, onların Gürcüstanın daxili siyasətinə kənardan müdaxiləyə cəhd etməsi qətiyyən yolverilməzdir”, - İ.Kobaxidze bildirib.

Şərhlər

dadaşyev 2024-05-15 01:09:12

Onlar gürcü xalqının başına 16 ildən sonra ikinci bir oyun açmağa həvəslidirlər.2008-də oyun çıxartdılar,nəticədə Abxaziyayla Cənubi Osetiya əlinizdən getdi,indi də qollarını çırmalayıblar cürbəcür vədlərlə.İnanmayın nə ABŞ-a,nə Avropaya,a bala,sizi aldadırlar.Bizə də bir vaxtlar ATƏT-filan gələndə göylə gedirdilər,ironiyayla hırıldayırdılar,hətta elə saymazyana olmuşdular ki 4 il qabaq bu vaxtlar deyirdilər madam ki sizindir deyirsiniz Qarabağ,gedin alın.Elə ki getdik və cəmisi 44 günə torpaqlarımızı azad etdik,rəzil-rüsvay oldular,indiyə qədər də özlərinə gələmmirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol