Menu

“ABŞ İsrailə 1 milyard dollar dəyərində silah göndərməyi planlaşdırır” – Xarici KİV

15.05.2024, 10:54
“ABŞ İsrailə 1 milyard dollar dəyərində silah göndərməyi planlaşdırır” – Xarici KİV

ABŞ İsrailə dəyəri 1 milyard dollar olan silah və hərbi texnika göndərməyi planlaşdırır.

“AzPolitika” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri artıq bu barədə Konqresi məlumatlandırıb. Qeyd olunur ki, bu silah yardımı Konqresin təsdiqindən sonra İsrailə çatdırılacaq.

Bildirilir ki, ABŞ-nin silah yardımı paketinə tank mərmiləri, minaatanlar və silahlı taktiki maşınlar daxildir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol