Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov vəzifəsindən azad edilib.
"AzPolitika" “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov Əmr imzalayıb.İdarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdurQeyd edək ki, Akşin Ziyadov 2017-ci ildə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi təyin olunub. Həmin təyinatadək isə Nizami rayon prokuroru vəzifəsində çalışıb.Xatırladaq ki, Probasiya Xidməti penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsini təmin edən qurumdur.

Şərhlər
DYP
Ziyadovun himayəsində olan icra məmuru hazirda Naftalanda sobə rəyisi Hasil İsmaylov Gəncədə qanunsuz biznes qurub.
Şəki də kök salmış məmurlar təmizlənməlidir, xüsusilə Məzahir Məmmədov !
Bu nazirlikdə nə qədər lazımsız.faliyyətinə ehtiyac olmayan,işi görünməyən şöbələr,vəzifələr var.Büdcə bu cür dağılır.Adi insanlar isə yaşam mücadiləsi çəkir.Dövlər strukyuru dəyiməli,nazirliklərin sayı 10 nilyonluq ölkələr kimi birləşditilməli,,,ixtisar prossesoi aparılmalıdr.Bu sahədə hakimiyyətin fəaıiyyətinii müsbət hesab etmək olmaz!Dövlət aparatında,nazirliklərdə ciddi reformalar aparılmalıdır.Hələki bu işlət bu sistem idarəşiliyində horizontda görünmür.