Menu

"İsrailin Rafahdakı əməliyyatı münasibətlərimizə ağır zərbə vuracaq" - Borrell

15.05.2024, 13:30
"İsrailin Rafahdakı əməliyyatı münasibətlərimizə ağır zərbə vuracaq" - Borrell

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell İsraili Rəfahdakı hərbi əməliyyatını dərhal dayandırmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsinin adından yayılan bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, bu əməliyyat Qəzzada humanitar yardımın paylanmasını mane olur və daha çox daxili yerdəyişmələrə, aclığa və insanların əzabına səbəb olur.

"Bir milyondan çox mülki şəxs Rəfah və onun ətrafına sığınıb və onlara BMT-nin məlumatına görə, təhlükəsiz sayıla bilməyən ərazilərə təxliyə olunmaq barədə xəbərdarlıq edilib. Aİ İsrailin özünü müdafiə etmək hüququnu tanısa da, İsrail bunu Beynəlxalq Humanitar Hüquqa uyğun etməli və mülki şəxslərin təhlükəsizliyini təmin etməlidir. Avropa İttifaqı İsraili Qəzzada onsuz da ağır olan humanitar vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə və Rəfah keçid məntəqəsini yenidən açmağa çağırır. İsrail Rəfahdakı hərbi əməliyyatını davam etdirərsə, bu, istər-istəməz Aİ-nin İsraillə münasibətlərinə ağır zərbə vuracaq", - Aİ-nin ali nümayəndəsi vurğulayıb.

Şərhlər

dadaşyev 2024-05-15 14:29:33

İsrailin Refah əməliyyatı oraya sığınmış Qəzzalıların gəmilərlə Avropaya daşınması üçün düşünülmüşdür.Qəzza bu yolla fələstinlilərdən təmizlənməlidir.ABŞ-ın orada tələsik qurduğu süni liman da bunun üçündür. Refah keçid məntəqəsi də bunun üçün bağlıdır; Qəzzalılar İsrailin hücumu şiddətləndiyində ABŞ-ın gəmilərinə məcbur qaçıb minəcəklər.ABŞ hərbçiləri də onlara mane olmayacaq,guya humanizm baxımından onların hərbi gəmilərə doluşmasına qarşı gəlmirlər.Nəticədə bir milyondan çox fələstinli Avropaya sığınaraq ölümdən qurtulmuş olacaq,ABŞ və Avropa da zamanında yetişən xilaskar kimi təqdim ediləcəklər dünyaya.Halbuki Qəzzanın boşaldılması oxunu oktyabrda ABŞ,Avroopa,İsrail və İran dördlükdə yemişlər.Robot Bayden də,bu hiyləgər məxluq da ona görə indidən özlərini İsrailin Refah əməliyyatına qarşıymış kimi göstərməyə başlayıblar.Avropada fələstinliləri gül-çiçəklə qarşılayanda heç kim səmimi olduqlarına şübhə etməsin yəni.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol