Rusiya Prezidenti Vladimir Putin hökumətə və ya prezident administrasiyasına təyin etdiyi qubernatorların səlahiyyətlərini icra edəcək şəxslər təyin edib.
“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Baş prokurorun keçmiş müavini, Uzaq Şərq və Sibir Federal Dairələri üzrə Baş Prokurorluğun rəhbəri Dmitri Demeşin Xabarovsk diyarı qubernatorunun səlahiyyətlərini icra edəcək. O, bu vəzifədə idman naziri olan Mixail Deqtyarevi əvəz edib. Deqtyarev Xabarovsk diyarına 2020-ci ilin yayında həbs olunan qubernator Sergey Furqalı əvəz edib. Rusiyanın Ukraynaya hücumundan sonra Deqtyarev cəbhəyə getmək istədiyini, lakin bölgənin qubernatoru postunu tərk edə bilməyəcəyini açılayıb. Xabarovsk sakinləri dörd gün ərzində onun istefası üçün 27 min imza toplayıb.
Birinci vitse-qubernator Dmitri Milyaev isə Tula vilayətinin başçısı vəzifəsini müvəqqəti icra edəcək. O, Vladimir Putinin özünə köməkçi təyin etdiyi Aleksey Dyumini əvəz edib. Putinin ilk prezidentlik dövründən bəri Dyumin onun təhlükəsizlik xidmətinin rəhbəri olub.
Kursk vilayətinə müvəqqəti olaraq birinci vitse-qubernator Aleksey Smirnov rəhbərlik edirdi. Əvvəlki qubernator Roman Starovoit Putinin yeni komandasında Nəqliyyat naziri postunu tutur.
Kemerovo vilayətinin başçısı vəzifəsini isə İlya Seredyuk icra edəcək. O, yeni hökumətdə energetika naziri təyin edilən Sergey Tsivilevi əvəz edib. Seredyuk əvvəllər Kemerovonun meri, 2022-ci ildən isə region rəhbərinin birinci müavini olub. Yeni hökumətdə iqtisadi inkişaf naziri postunu tutan Anton Əlixanovun yerinə Kalininqrad vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Besprozvannıx təyin edilib. 2023-cü ilin noyabrında Aleksey Besprozvannıx ABŞ-nin sanksiyalar siyahısına daxil edilib.
Qeyd edək ki, Kursk, Kalininqrad, Kemerovo, Tula vilayətləri və Xabarovsk diyarında qubernator seçkiləri sentyabrda keçiriləcək.
“AzPolitika.info”


Şərhlər