Fransa Yeni Kaledoniyadan fövqəladə vəziyyət elan edəcək.
APA "Le Monde"yə istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.
Bildirilib ki, Yeni Kaledoniyada iğtişaşlar zamanı üç nəfərin ölməsi və çox sayda yaralının olmasının ardınca burada fövqəladə vəziyyət elan etmək qərarına gəlib.
Yeliseydən verilən mətbuat şərhinə görə, dövlət başçısı çərşənbə günü hökumətdən “Yeni Kaledoniyada fövqəladə vəziyyət elan etməyi” xahiş edib.


Şərhlər