Menu

Türkiyə Prezidenti Slovakiyanın Baş nazirinə qarşı sui-qəsdi kəskin şəkildə pisləyib

15.05.2024, 23:31
Türkiyə Prezidenti Slovakiyanın Baş nazirinə qarşı sui-qəsdi kəskin şəkildə pisləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini kəskin şəkildə pisləyib.

“Report” xəbər verir ki, Türkiyə dövlət başçısı bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı törədilən bu dəhşətli sui-qəsdi qətiyyətlə pisləyirəm. Ona tezliklə şəfa tapmasını arzulayıram”.

Xatırladaq ki, bu gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol