Baş nazir Nikol Paşinyan dünən Azərbaycan və Ermənistan arasında 1976-cı il xəritəsinə görə razılaşdırılmış sərhəd xəttinin protokolunu böyük uğur adlandırıb.
Hökumətin iclası zamanı Baş nazir vurğulayıb ki, Ermənistanın suverenliyi və müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün çox mühüm təməl daşı qoyulub. “İkincisi, Ermənistan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq, bu addım bütün Ermənistan - Azərbaycan sərhədi boyunca təhlükəsizliyi və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq”, - o əlavə edib.
Hökumətin iclasının getdiyi ərəfədə hökumət binası qarşısında etiraz aksiyası keçirilir. Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın təşəbbüsü ilə keçirilən aksiyalarda iştirak edən deputat Qarnik Danielyan bəyan edir ki, sərhədin demarkasiyası ilə bağlı cinayət baş verir. Polis dövlət binasını mühasirədə saxlayır. Saxlanılanların olduğu bildirilir.
“AzPolitika.info”


Şərhlər
Əhmədli tərəflərdə bir uşaq televiziyanı nə vaxt açıbsa Paşinyanı görüb,axırda atasından soruşub ki,"Bu da mahnı oxuyandı?Mahnı oxuyandısa bəs niyə heç vaxt oxumur?" Atası da deyib ki."Üç il yarım qabaq Segah oxumaq istəyib,zil yerində zəngulə vuranda xoruz buraxıb deyə olub buğur manıs,o vaxtdan oxumağın daşını atıb".