Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova bu gün erməni həmkarı Alen Simonyanla görüşəcək.
APA xəbər verir ki, görüşün saat 20:30-da Cenevrədə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, görüşdən öncə Sahibə Qafarova və Alen Simonyan ayaqüstü söhbət ediblər.
Sahibə Qafarova İsveçrədə səfərdədir. Səfər çərçivəsində Milli Məclisin spikeri Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edəcək, Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədilə qadın parlament sədrləri ilə görüşəcək.
Xatırladaq ki, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.


Şərhlər
Belə görüşlər nə qədər çox olsa iki qonşu xalqın arasına hiyləgər vasitəçilər girməz.Görüşlər nəticə versə də,verməsə də davam edilməlidir üçüncü tərəf olmadan,ta ki erməni tərəfi başa düşsün ki qonşu xalqlar öz problemlərini özləri danışaraq razılaşaraq həll etməlidirlər,Avropadan-ABŞ- dan topalaşıb gələn yengələrə ehtiyac yoxdu.