Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.
“Report” xəbər verir ki, Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.



Şərhlər
Məsələ təkcə sadalanlar deyil - söhbət siyasi məhbuslar , ölkəmizə qarşı sanksiyalar , vəzifəli şəxslərin mal varlıqlarının dondurulması ,ən əsas isə demokratiyavə insan haqları .Bizim rəsmi orqanların verdiyi məlumat sadəcə yalandır .Təhlükəni artıq yuxarılar da hiss edir ,yəqin ki ,bir qism insanlar azadlığa çıxacaq ,seçkidə də beş-on avtobus müxalifətinə yer veriləcək ,Pənah ,İsa ,Etibar ,Nemət MM-də ,necədə gözəl görsənər