Menu

“Rusiyanın kifayət qədər gücü yoxdur” – NATO Komandanı

17.05.2024, 11:03
“Rusiyanın kifayət qədər gücü yoxdur” – NATO Komandanı

“Xarkov vilayətində hücumlarını gücləndirən Rusiyanın Ukraynada böyük irəliləyişlər əldə etmək üçün kifayət qədər gücü yoxdur”.

“AzPolitika” xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Xristofer Kavoli mətbuata açıqlamasında bildirib.

Rusiyanın son günlər Xarkov bölgəsinə etdiyi intensiv hücumlara toxunan Kavoli ukraynalı həmkarları ilə sıx əlaqədə olduğunu deyib.

“Rusların strateji bir irəliləyiş etmək üçün lazımi sayda qüvvəsi, eləcə də bacarığı və qabiliyyəti yoxdur”,-deyə general bildirib.

Xatırladaq ki, Rusiya son günlər Xarkov vilayətinə hücumlarını gücləndirərək, buranı instensiv döyüşlərin getdiyi bölgələrdən birinə çevirib. Son məlumata görə, Rusiya Xarkov istiqamətində 15 yaşayış məntəqəsini nəzarətə götürüb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol