Menu

Samirə Mustafayeva AzTV-dən ayrıldı

17.05.2024, 15:36
Samirə Mustafayeva AzTV-dən ayrıldı

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib. Axşam.az-ın əldə etdiyi məlumata görə, o, kanalla işbirliyinə son qoyub.

S.Mustafayeva xəbəri təsdiqləyib. O bildirib ki, kanaldan getməsinin səbəbi qızının təhsilidir: "Bu il qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazırlaşırıq. Universitet seçimi, yerləşmə, bütün zamanımı bu işlərə ayırmışam. Tez-tez səfər edirik. Xəbər isə canlı efirdir. Hər dəfə və ya uzun müddətli icazə almaq olmur.

Çalışdığım doğma AzTV-dən isə ayrılmaq mənə çox çətin oldu. Çünki peşəkar komanda, hər zaman diqqət və qayğısını işçidən əskik etməyən sədrin rəhbərliyi ilə çalışmışam”.

Qeyd edək ki, S.Mustafayeva uzun müddət ATV-də işləyib. O, daha sonra fəaliyyətinə ara verib. 2020-ci ildən isə AzTV-də çalışır.

Şərhlər

Watchman 2024-05-17 15:55:22

Ölkəmiz üçün çox ağır xəbərdir, həm də böyük itkidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol