Menu

Türkiyə NATO ölkəsinə "Bayraktar" PUA-ları satıb - İlk dəfə

17.05.2024, 17:18
Türkiyə NATO ölkəsinə "Bayraktar" PUA-ları satıb - İlk dəfə

Türkiyə ilk dəfə NATO ölkəsi olan Polşaya "Bayraktar-TB2" pilotsuz uçuş aparatları (PUA) satıb.

“Report” “Milliyət”ə istinadən xəbər verir ki, Türkiyənin 24 ədəd sözügedən texnikası artıq Polşa Müdafiə Nazirliyinə təslim edilib.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Gürgön bildirib ki, Ankara sözügedən sahədə artıq qlobal oyunçudur.

“Dost və qardaş ölkələrin ehtiyaclarını təmin edirik. PUA texnologiyasında dünyanın öndə olan üç ölkəsindən biriyik. "Baykar" bütün dünyanın diqqətində olan şirkətdir. Şirkətimizin bu uğuru ölkəmizin dünyadakı imicinə də müsbət təsir göstərir”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol