Menu

"İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək" - DİM sədri

18.05.2024, 10:36
"İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək" - DİM sədri

Keçid balları ali məktəbə, ixtisasa uyğun və verilən yerlərə uyğun müəyyənləşir.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinun qabiliyyət imtahanları mərhələsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu il şagirdlərin sayının artması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək: "Çünki Qarabağ universitetində təhsil almaq çox qürurverici haldır. Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər".

Şərhlər

Millət 2024-05-18 20:30:40

Universitet sayı,Qəbul pıanlarını artırılması yaınız yəhsil möhtəkirlərinə xidmət edir.Universitetlərə qəbul ölkədə tələb olunan ixtisaslar və sayda olmalıdır.Qəbul sayının artırılması səviyyəsiz kadr "hazırlığına",universiteti bitirdikdən sonra işsizlər sayının artmasına real şərait yaratmaqla təhsil səviyyəsinə də ağır zərbədir.Bunu anlamq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol