“Fransa hökumətini Yeni Kaledoniya xalqına qarşı zorakılıqdan çəkinməyə və onun hüquq və azadlıqlarını təmin etməyə çağırırıq”.
APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.
O, həmçinin diqqəti mayın 13-də keçirilən etiraz aksiyası zamanı polisin iştirakçılara zorakılıq tətbiq etməsinə yönəldib.
Rəsmi nümayəndə vurğulayıb ki, ölkəsi dinc əhaliyə analoji yanaşmanı qətiyyətlə pisləyir.


Şərhlər
Biz də davamlı olaraq Fransanı zor işlətməməyə çağırmalıyıq.Qarabağ məsələsində necə bizim zəhləmizi tökmüşsə,eləcə.Deməliyik ki dünya eşitsin.