Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun son görüntüsü yayılıb. Modern.az xəbər verir ki, T.Əhmədov 6 ildən çoxdur səhhətindəki problemlərlə mübarizə aparır.
O, qan təzyiqi, şəkər, kəskin ürək ağrılarından əziyyət çəkir.
Sabiq rəisə ən çox əziyyət verən isə ayaqlarındakı ağrıların şiddətlənməsidir.
Məlumatlara görə, 3 ildən çoxdur T.Əhmədovun hərəkət imkanları məhdudlaşıb.
Hazırda onun əlil arabasına möhtac qaldığı deyilir.
Bakıdakı klinikaların birinin daimi pasiyenti olan sabiq rəisin hərəkət imkanlarını itirəndən sonra yaxın ətrafı ilə əlaqəni kəsdiyi, dostları və keçmiş iş yoldaşları ilə telefon vasitəsilə əlaqə saxladığı bildirilir.



Şərhlər
Bizim məmurlar atdan düşən kimi utandıqlarından kiçilib büzüşüb bapbalaca olurlar,çayxanaların yanından keçəndə tərəddüd içində olurlar,görəsən bir stəkan çay içimmi,amma yox,birdən salam verərəm almazlar.A balam,vəzifədə olanda at kimi olmayın ki,atdan düşəndə xəcalət çəkməyəsiniz adamlardan.Uşaqlıqda bulvarda məni o qədər fırlanan qoşa atlara mindiriblər ki! Başqa uşaqlar kimi mən də bilirdim ki mindirildiyim at mənim deyil,ata-anam pul verib oradakı əmiyə,o da icazə verib ki məni mindirsinlər bir-iki dəqiqəliyə o atlardan birisinə.Vəzifə də elə şeydi də,a kişi.Mindirilirsiniz də o atlara;nə o atlar sizindi,nə o atlara özbaşına minib çapmaq hüququ.Pul verirsiniz ki mindirilirsiniz də o atlara.Bilmirsinizmi bir gün düşürüləcəksiniz?Pul vermisiniz deyə kabinetdəmi öləcəyinizi düşünürsünüz?
Fani dúnya)
Əşi bu bizim Tağı müəllim respublikanın ən bərk gedən musiqiçilərinin yığıb başına, yeyib-içmək məclisi quraraq özünün şeerlərinə muğamat oxutdurur, keyfini çəkir. Siz də elə bilirsiniz ki, Tağı ölür. Əşi Tağının bu kolyaska məsələsi də bütün işləri kimi geydirmədir. Şəkil çəkdirən dən sonra Tağı müəllim adyalı qalmasının üstündən tullayıb tvist oynayacaq.
Məni qınamayın maa elə gəlir ki, Tağı müəllim "vızıldayır" Alo, Tağı müəllim, orda nə vızıllayırsan hıy?
Özü məhkəmədə demişkən mən 44 mln 44 il ərzində yığmışam özdə əmək haqqı ilə Azərbaycanda ele bir adam var görəsən.Tağı m yığdığınız həkimlərə qismət olsun.Sizə heç yazığımda gəlmir .Çünki xalqın pulunu yeyib kef etmisiz indi o villalar əmlakları aparırsız yerin altına doyuncaq ocaqda yeyersiz.
Tağı müəllim haqqında düş eləmədilər. Yəni Tağı müəllimi yerin altından çıxarıb yerin üstünə qoymaqla onu öldürməyə bərabər etdilər. İndi Tağı müəllim yerin altının xifətini eləyir və tezliklə yerin altına getmək istəyir. Sadəcə 2 milyonu almamış da getmək istəmir. Pulu alan kimi onun yerin üstündə nə işi var. Allah tezliklə arzuna çatdırsın Tağı müəllim ...
Hə,uşaqlar,bax siz də böyüyəcəksiniz,indidən sizə bir məsləhət verim.Heç vaxt heç kəsə faizlə borc verməyin,çünki bu hala düşəcəksiniz.Əgər qələt eləyib faizlə borc verdinizsə,adam qaytara bilməyəndə ondan dava-şüvənliklə,işverənliklə,məhkəmə-polislə almağa çalışmayın,çünki bu hala düşəcəksiniz.Borcun əsas hissəsini tələb etməkdən başqa faizin faizinin faizinin faizini də tələb etmək nə deməkdir?Faiz deyilən şey havadı,öskürəkdi,asqırıqdı,heç nədi yəni,onu az qala müqəddəsləşdirib başqalarının evini yıxsanız bu hala düşəcəksiniz.Nə yığmısınız yığmısınız daa,nağayraq,Tıq-tıq xanımdakı siçanlar kimi xəlvətcə kisələri deşib düyü yığan məmurlar cəmiyyətiyik,baxan eliyən yoxdu,tədbir görən yoxdu,heç olmasa o yığdıqlarınızı bir kənara çəkilib elə xımır-xımır yeyin ki nə diş bilsin nə dodaq.Yaxın ətrafınızla da,qohum-qardaşınızla da əlaqəni özünüz zəhmət çəkib kəsməyin; vəzifədən ki atıldınız,vəssalam,özləri əlaqəni kəsməyə başlayacaqlar.Bir də baxacaqsınız ki,yan-yörənizdə dünənə kimi sizə küçüklənənlərdən birisi də qalmayıb.Əgər tək-tük kimsə qalası olsa,bilin ki o hələ də ümidini itirməyib ki sizi təkrar vəzifəyə qaytararlar.Gecə-gündüz xəyallar qurur ki,kaş bu adamı vəzifəyə qaytaraydlar,onda yüz faiz məni özünə birinci müavin götürər.Hamısından sadiqəm axı.Sağındakı adam əlində bir kitab tutub.Nə kitabdı elə?"Xəmirimizin mayası"dı,yoxsa "Bazar lövhələri"?Nə bazar adə,nə yazmısan sən?Tapın görək nədi o?Metrodu metro metrodu metro.Hey! Afərin uşaqlar.Sizin nə qədər mərd olduğunuzu bütün sovet pionerləri biləcək.
Əməllərinin cəzasını çəkir.Digər bunun kimi YAP-çlılar da inşallah bu gündə olacaq.Xalqı bi qədər soymaq,incitmək olmaz.Allah görür.