Menu

“O vertolyot mexaniki idarə olunub...” – Hərbi ekspert

20.05.2024, 15:11
“O vertolyot mexaniki idarə olunub...” – Hərbi ekspert

"İranda qəzaya uğrayan vertolyotun pilotları arasındakı danışıqların səs yazısı dərc olunmadan qəza barəsində heç nə yazmaq istəmədim. Lakin həmişə olduğu kimi media sahəsini öz aldadıcı düşüncələri ilə erməni, iranlı və digər naməlum mənşəli virusoloqlar, hərbi ekspertlər və kino tənqidçiləri olan “ağıllı adamlar” zəbt etdi”.

“AzPolitika” xəbər verir ki, bunları keçmiş hərbi pilot, tanınmış hərbi ekspert Aqil Rüstəmzadə yazıb.

O, xatırladır ki, İran Prezidenti İbrahim Rəisi və başqa yüksək rütbəli dövlət xadimlərinin ölümü ilə nəticələnən qəza ilə bağlı iki “versiya” irəli sürülür: 

“1. Helikopter havaya qalxmazdan əvvəl azərbaycanlıların müdaxiləsinə məruz qalıb”. Xatırladım ki, helikopter İran ərazisində yerləşib və müvafiq qaydada onlar tərəfindən mühafizə olunub.

2. “İsrail xüsusi xidmət orqanları helikopterin texnologiyasına Azərbaycan ərazisindən müdaxilə edib”.

Xatırladım ki, “Bell-412” vertolyotu köhnəlmiş texnologiyadır, o, mexaniki üsulla idarə olunur və s. Yəni onun idarəetmə sistemini kənardan müdaxilə və güclü elektromaqnit impulsları ilə sıradan çıxarmaq mümkün deyil.

Bəli, elektron müharibə vasitələri helikopterin naviqasiya sisteminə və onun alt sistemlərinə müdaxilə edilə bilər. Ancaq helikopter naviqasiya üçün müxtəlif sistemlərdən istifadə edir ki, onların da hamısını sıradan çıxarmaq mümkün deyil”.

A.Rüstəmzadə bu kontekstdə Baltikyanı ölkələrdə Kalininqrad bölgəsindən güclü müdaxilə olsa da, təyyarələrin qəzaya uğramadığını xatırladır. “Əgər müdaxilələr olsaydı, bu ekipajın danışqlarında qeydə alınardı və İran bunu bilərdi. Ümumiyyətlə, “qara qutu” oxunmadan, səs yazıları ilə tanış olmadan hansısa qiymətləndirmə aparmaq kökündən yanlışdır”, - o vurğulayıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Aydın 2024-05-20 16:45:09

Ay əkspert.o velosiped olmayıb,xüsusi baxımda olan Prezident nəqliyyat vasitəsidir.Belə başı boş
" ekspertləri "haradan tapırlar7

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol