Menu

İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb (Yeniləndi)

20.05.2024, 22:58
İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb (Yeniləndi)

İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.

“Report” İran KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami bildirib.

O, həmçinin seçkilərdə iştirak edəcək namizədlərin mayın 28-dən qeydiyyata alınmasına başlanılacağını söyləyib.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada prezident helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.

İran Konstitusiyasına əsasən, 50 gün ərzində təşkil edilməli olan seçkilərədək prezidentin səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.

***

İyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçirilə bilər.

APA “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami məlumat yayıb.

“İyunun 28-i İranda prezident seçkiləri günü hesab oluna bilər”, - Eslami vurğulayıb.

İranda İbrahim Rəisinin vəfatı ilə bağlı prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı mayın 28-də başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol