Menu

Ermənistan Rusiyanı silah öhdəliyini yerinə yetirməməkdə günahlandırıb

21.05.2024, 12:48
Ermənistan Rusiyanı silah öhdəliyini yerinə yetirməməkdə günahlandırıb

Rusiya Ermənistanın son 4 ildə ödədiyi pula ekvivalent həcmdə silah göndərməyib.

APA-nın “armenianreport”a istinadən xəbərinə görə, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, rəsmi Moskva ölkəsinə əvvəldən razılaşdırıldığı kimi daha böyük həcmdə silah-sursat tədarük etməli olduğu halda, öhdəliyini icra etməyib. Şura katibi bu məsələni Ermənistan üçün böyük problem adlandırıb.

A. Qriqoryan vaxtilə ölkəsinin təhlükəsizliyinin Rusiyadan son dərəcə asılı vəziyyətdə olduğunu xatırladıb:

“Biz həmin asılılığa son qoymaq üçün zəruri dəyişikliyi etməli idik və bunu da həyata keçirdik. Son dövrlər təhlükəsizlik sahəsində mühüm nəticələr əldə edilib. Əgər 2020-ci ildə alınan silahların 96 faizi Rusiyadan idxal edilirdisə, hazırda bu göstərici 10 faizədək azalıb” - deyə, o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol