Menu

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb - Ölən və yaralılar var

21.05.2024, 14:46
Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb - Ölən və yaralılar var

Sinqapur Hava Yollarına məxsus təyyarə güclü hava boşluğuna (türbülans) düşüb, ölən və xəsarət alanlar var.

APA BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində Londondan Sinqapura uçan təyyarədə bir sərnişin ölüb, 30-dan çox sərnişin yaralanıb.

Bildirilib ki, Sinqapura uçan Boeing 777-300ER Banqkoka yönləndirilib və yerli saatla 15:45-də eniş edib.

Aviaşirkətdən verilən məlumata görə, təyyarədə ümumilikdə 211 sərnişin və 18 ekipaj üzvü olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol