Menu

3 min məhbus Ukrayna ordusuna qoşulmaq istəyir – Seçim aparılacaq

21.05.2024, 16:26
3 min məhbus Ukrayna ordusuna qoşulmaq istəyir – Seçim aparılacaq

Artıq 3 mindən çox məhkum Ukraynanın müdafiəsində iştirak etmək üçün cəzasını çəkməkdən şərti olaraq azad olunmaq barədə ərizə verib.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Ədliyyə nazirinin müavini Yelena Vısotskaya yerli mətbuata açıqlamasında deyib.

Nazir müavini qeyd edib ki, müracətlər diqqətlə araşdırıldıqdan sonra yeni səfərbərlik qanununa uyğun olaraq qərar qəbul olunacaq: “Bu, üç mindən çox adamdır. Biz qanunun qəbulundan əvvəl bu rəqəmi proqnozlaşdırmışdıq. Potensial olaraq göstərdiyimiz 20 min adamın hamısının(orduya) qoşulacağını demək olmazdı. İlkin sorğular zamanı 4,5 minə yaxın adam qoşulmaq istədiyini bəyan etmişdi. Bu rəqəm zamanla dəyişəcək...”

Vısotskayanın sözlərinə görə, qanun bu və ya digər kateqoriyadan olan məhbuslara məhdudiyyət qoyduğu üçün demək olmaz ki, bunu istəyən hər kəs şərti azadlığa buraxılacaq və müqavilə imzalayacaq. O, əlavə edib ki, hərbi həkim komissiyaları məhkumları təhlükəli xəstəliklərə - HİV infeksiyasına, vərəmə və ya hepatitə görə yoxlayacaq. Belə xəstəlikləri olanlar orduya cəlb olunmayacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol