Menu

Rusiyada üsyankar generalı həbs etdilər – Ordu komandanı idi

21.05.2024, 18:00
Rusiyada üsyankar generalı həbs etdilər – Ordu komandanı idi

Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandanı İvan Popov həbs edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla xəbər yayıb.

Rəsmi məlumata görə, general-mayor xüsusilə irimiqyaslı dələduzluq cinayəti ilə bağlı həbs edilib. Xəbər agentliyi yazır ki, Popov Rusiyanın Ukraynaya qarşı müharibəsində “müxtəlif sektorlarda, o cümlədən 58-ci Ordunun komandiri kimi” iştirak edib.

Ancaq müstəqil mənbələr Popovun həbsini ölkə rəhbərliyinə qarşı narazılığını açıq şəkildə ifadə etməsilə əlaqələndirirlər. “The Insider” yazır ki, ötən il general Popov "yuxarılardan” şikayətlərini dilə gətirdikdən və Rusiya ordusunun "bütün problemli məsələlərini müəyyənləşdirdikdən" sonra komandanlıqdan uzaqlaşdırılıb. İndi isə bu mövqeyinə görə dələduzluq adı altında həbsə göndərilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol