Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra şəxsiyyəti müəyyənləşdirilmiş şəhid Əliyar Ədalət oğlu Ələkbərov dəfn olunub.
“AzPolitika” “Oxu.Az”-a istinadla xəbər verir ki, şəhid Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Əliyar Ələkbərov 1965-ci il fevral ayının 10-da Neftçala şəhərində anadan olub. O, Neftçala rayonunda orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Neft və Sənaye Universitetinə qəbul olub. Ə.Ələkbərov 1993-cü ilin oktyabr ayının 29-da könüllü olaraq Qarabağda gedən döyüşlərə yollanıb. Döyüşlər zamanı Kəlbəcər rayonun Murovdağ istiqamətində mühasirəyə düşdüyü məlum olub. Həmin hadisədən sonra ailəsi ondan xəbər ala bilməyib.
“AzPolitika.info”

Şərhlər