Menu

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib

21.05.2024, 22:13
Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.

APA xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.

Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.

Zəhərlənən uşaqlar 2007-ci il təvəllüdlü N. Süleymanova, 2016-ci il təvəllüdlü N. Süleymanov və 2017-ci il təvəllüdlü Y. Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

Daha sonra onlar xəstəxanadan evə buraxılıb.

Şərhlər

Watchman 2024-05-21 22:30:34

Və məhkəmədə minlərlə bu cür analara uşaqları həvalə edirlər. Nə düzgün ekspertiza keçirilir, nə də araşdırma aparılır. Heç bir şikayətə, işə, ailəyə fərdi qaydada yanaşılmır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol