Menu

Yaxın günlərdə ət bahalaşacaq? - Ekspert danışdı

21.05.2024, 23:40
Yaxın günlərdə ət bahalaşacaq? - Ekspert danışdı

Bölgələrdə bir bağlama otun qiyməti iki dəfəyə yaxın ucuzlaşıb. Ancaq bu vəziyyət ət bazarında demək olar ki, hiss olunmur.

Bərdə və Şəkidən olan fermerlər deyirlər ki, ötən ilin May ayında quru yonca otunun bağlamalarını minimum yeddi manat 50 qəpiyə almaq mümkün idisə, hazırda bu qiymətlər iki manat 50 qəpik, üç manat arasında dəyişir.

Biləsuvarlı fermerlər isə otun ucuz satıldığını deyirlər.

Nəzərə alsaq ki, heyvanların yem rasionunun əsasını quru otlar təşkil edir, deməli məhsul boldur və ucuzlaşmanın bu istiqamətə müsbət təsirini də düşünə bilərik.

Qəssablar isə bildiriblər ki, 14 manata mal, 19 manata isə quzu əti satırlar.

Körpə quzunun kiloqramı isə 20-21 manat təşkil edir.

İqdisadçı Xalid Kərimli deyir ki, ot və yemin mövsümü ucuzlaşması ətin qiymətinə çox təsir etmir. Ətin bahalaşmasının əsas səbəbi saxlanılan heyvan sayı ilə əlaqədardır. 2016-cı illə müqayisədə qoyun və keçi sayında 17 faiz azalma müşahidə olunub.

X.Kərimli onu da vurğulayıb ki, tələb təklifi üstələdiyinə görə, yaxın vaxtlarda ətin qiymətində ucuzlaşma gözlənilmir.

Daha ətraflı "Xəzər Xəbər"in süjetində:

Şərhlər

dadaşyev 2024-05-22 01:20:56

Bizdə iqtisadçı olmaq üçün universitet bitirməyə ehtiyac yoxdu.Orta məktəbin birinci sinfini bitirməklə də zəkalı iqtisadçı olmaq olar,birinci sinif də yalnız ona görə lazımdır ki,heç olmasa hərfləri tanıyıb öz adını yaza biləsən və sayçöpüylə də olsa saymağı bacarasan.Çünki yalnız Azərbaycanda bank,qiymətli kağız-kuğuz məsələləri,iqtisadiyyat problemləri ikicə kəlməylə çözülür:tələb və təkliflə.Məsələn,”dollar niyə bahadı?” desən iqtisadçılar bir ağızdan deyəcək ki,çünki tələb təklifi üstələyir,yəni alınmaq istənən satılmaq istəndiyindən çoxdu.Bəs manat niyə ucuzdu?Ona görə ki,təklif tələbi üstələyir.Ət niyə bahadı?Çünki tələb təklifi üstələyir,yəni ətyeyənlər ətdən çoxdu.Bəs yumurta niyə ucuzdu?Çünki təklif tələbi üstələyir,yəni yumurta sayı yumurta yeyənlərdən çoxdu.Yəni o boyda Nyu-York birjasına,London birjasına,Tokio birjasına-filana ehtiyac yoxdu.Nə bahadırsa,demək, tələb təklifi üstələyib,nə ucuzdursa təklif tələbi.Vəssalam.

Watchman 2024-05-22 00:04:28

Bütün rayonların əhaəisi Bakıya axışır. Kimdir kənddə mal-qara, qoyun saxlayan?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol