İngiltərənin “Economist” jurnalı neft bazarındakı son vəziyyəti üz qapağında maraqlı bir karikatura ilə göstərib.
Qapaqda ABŞ və Yaxın Şərqi təmsil edən iki neft insanı kürək-kürəyə duelə hazırlaşır kimi dayanıb.
OPEC VƏ ABŞ MÜHARİBƏSİ
Bir müddət əvvəl neft istehsal edən ölkələr birliyi (OPEC), neft hasilatının azaldılmasına getməmişdi. Bu, neftin qiymətinin düşməsinin arxasındakı səbəblərdən biri kimi göstərilsə də, əsl səbəb qlobal iqtisadi artımda yavaşıma və bu səbəbdən tələbin azalmasıdır. Ancaq bundan daha dərin bir səbəb var.
Bu, ABŞ-ın şist neftinin hasilatını artıraraq qlobal neft bazarının ən güclü ölkələrindən birinə çevrilməsidir. Son illərdə ABŞ-ın neft hasilatı ciddi dərəcədə artıb və neft idxalçısı olan ölkə dünyanın ən çox neft istehsal edən üçüncü ölkəsi mövqeyinə də yüksəlib. Bu səbəbdən bəziləri OPEC-in neft hasilatını azaltmamaq qərarını, ABŞ-ın şist nefti sənayesinə zərər vurmaq üçün atılmış addım kimi görür. Neftin barrelinin 100 dollardan aşağı olması bəzi yüksək xərcli ABŞ-ın şist nefti istehsalçılarına zərər verə bilir. /"Marja"


Şərhlər