Rus ordusunda keyfiyyətsiz silah-sursatın sayı artacaq.
“AzPolitika” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Qrabski xarici KİV-ə açıqlamasında bildirib.
“Rusiya indi də köhnə döyüş sursatlarından istifadə edir. Amma məsələ burasındadır ki, sanksiyalar işləyir və Rusiyanın yüksək keyfiyyətli silah istehsal etmək üçün texniki və elmi potensialı yoxdur. Ona görə də orduda qeyri-müəyyən dəqiqliyə malik silahların sayı artacaq”, - Qrabski qeyd edib.
“AzPolitika.info”


Şərhlər