Menu

"Fələstin dövlətinin tanınması məsələsi rəsmi Paris üçün qadağa deyil" - Fransa XİN

22.05.2024, 15:06
"Fələstin dövlətinin tanınması məsələsi rəsmi Paris üçün qadağa deyil" - Fransa XİN

Fələstin dövlətinin tanınması məsələsi Fransa üçün tabu deyil, lakin bunun vaxtı hələ çatmayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.

Onun sözlərinə görə, bu gün Fələstinin tanınması qərarının vəziyyətə real təsir göstərməsi üçün şərait yaranmayıb:

“Bununla bağlı qərar faydalı olmalı və siyasi baxımdan əhəmiyyətli irəliləyiş əldə etməyə imkan verməlidir. Odur ki, bu istiqamətdə qərar lazımi anda verilməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol