Menu

Gürcüstanın Avropa İttifaqı namizədliyi təhlükə altındadır

22.05.2024, 18:42
Gürcüstanın Avropa İttifaqı namizədliyi təhlükə altındadır

Avropa Komissiyası Tbilisini cəzalandırmağa hazırlaşır

Gürcüstan hökumətinin “xarici agentlər” qanununun qəbulundakı israrı ölkənin Avropa İttifaqı perspektivlərini ciddi sual altına alır.

“AzPolitika” xəbər verir ki, "Foreign Policy" nəşrinin yazdığına görə, Gürcüstan hakimiyyətinin Avropa İttifaqının tənqidlərinə baxmayaraq, "xarici agentlər" haqqında qalmaqallı qanunu qəbul etməkdə israr etməsi nəticəsində Avropa Komissiyası oktyabrda bu ölkənin Aİ üzvlüyünə namizəd statusunu təsdiq etməyə bilər.

Adının çəkilməsini istəməyən yüksək rütbəli Aİ rəsmisi bildirib ki, mübahisəli qanun geri götürülməsə, ən çox ehtimal olunan ssenariyə görə Avropa Komissiyası oktyabrda Gürcüstan hökumətinə ölkənin namizəd statusunu təsdiq etmədiyini deyəcək.

Xəbərdə deyilir ki, oktyabr ayında Avropa Komissiyası Aİ-nin genişlənməsində iştirak edən ölkələrlə bağlı illik hesabatını dərc edəcək. Bu hesabat yeni komissiya tərəfindən dərc olunacaq və burada komissar artıq indiki kimi Gürcüstan hakimiyyətinə lobbiçilik edən Macarıstanın nümayəndəsi olmayacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol