Böyük Britaniya və müttəfiqləri Ukraynaya yeni hərbi yardım paketi göndərməyə hazırlaşır.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Sun” nəşri Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsa istinadla məlumat yayıb.
Məlumata görə, Ukraynaya göndəriləcək hərbi yardım paketinin dəyəri 190,1 milyon dollardır.
Qəzetin yazdığına görə, yardım paketinə hava hücumundan müdafiə radarları, simulyasiya avadanlığı və elektron döyüş sistemləri daxildir. Qəzet həmçinin bildirir ki, yardım paketinə kiçik qayıqlar, kəşfiyyat PUA-ları və pilotsuz suüstü maşınlar da daxildir.
Qeyd olunur ki, vəsait Böyük Britaniya və müttəfiqlərinin mart ayı üzrə təxminən 900 milyon funt sterlinq sərmayə qoyduğu Ukraynaya Beynəlxalq Yardım Fondundan ayrılacaq.
“AzPolitika.info”


Şərhlər