Rusiyanın Xarkov istiqamətindəki hücum əməliyyatları dalana dirənib.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski bildirib.
O, “facebook” sosial şəbəkəsindəki paylaşımında şərq cəbhəsində öz işini davam etdirdiyini qeyd edib: "Xarkov bölgəsindəki hücum döyüşləri zamanı ilk kiçik uğurlardan sonra, düşmən Volçanskda küçə döyüşlərində tamamilə ilişib qalıb və hücum bölmələrinin şəxsi heyətində çox böyük itkilər verib. İndi düşmən müxtəlif istiqamətlərdən ehtiyatları köçürməklə aktiv hücum əməliyyatlarına dəstək verməyə çalışır. Lakin bunun heç bir faydası yoxdur”.
Həmçinin, onun sözlərinə görə, Xarkov istiqamətindəki Liptsov ərazisində də işğalçı qoşunlar xeyli itki verib və aktiv müdafiəyə keçib.
“AzPolitika.info”


Şərhlər
Slava VSU