Menu

Azərbaycan və Ermənistan Qazaxda 12,7 kilometrlik sərhəd xətti müəyyən edib

24.05.2024, 09:59
Azərbaycan və Ermənistan Qazaxda 12,7 kilometrlik sərhəd xətti müəyyən edib

Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidmətinin yaydığı məlumatda qeyd olunub.

"Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub", - məlumatda bildirilib.

Şərhlər

Vətəndaş 2024-05-24 10:54:17

Sərhədimiz Ermənistanla -1007 km-dir. - 12,7 kilometr. Deməli qaldı 994,3 km uzunluğunda sərhəd xətti hissədə delimitasiya işləri.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol